Rusiyanın biznes nümayəndələri Azərbaycana gələcək

rusiyanin-biznes-numayendeleri-azerbaycana-gelecek
Oxunma sayı: 1483

“Rusiyanın biznes nümayəndələri bu ilin sonuna kimi Azərbaycana bir neçə işgüzar səfər etməyi planlaşdırır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Daha əvvəl bu səfər cari ilin 23 iyuluna planlaşdırılırdı. Əməkdaşlığın perspektivli sahələrini müəyyən etmək üçün işgüzar missiya Bakıda olub. 17-18 noyabrda bir qrup yerli şirkət Azərbaycana yenidən səfər etməyi planlaşdırır”, - Zaxarova qeyd edib. 

Onun sözlərinə görə, Rusiya Azərbaycanda işgüzar fəaliyyətini genişləndirməkdə maraqlıdır: 

“Biz bu cür birgə işi Moskva ilə Bakı arasındakı əlaqələrin vacib bir komponenti hesab edirik və bunun təşviqi üçün əlimizdən gələni edəcəyik”.