Rusiyanın Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatına üzvlüyü dayandırılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İspaniyada yerləşən BMT-nin Ümumdünya Turizm Təşkilatının birinci fövqəladə Baş Assambleyasında səsvermə keçirilib.
Səsvermə ilə Rusiyanın ÜTT-yə üzvlüyü dayandırılıb. Təşkilata üzv olan 160 ölkənin üçdə ikisindən çoxu Rusiyanın üzvlüyünün dayandırılması qərarını dəstəkləyib.
Qeyd edək ki, səsverməyə bir neçə saat qalmış Rusiya təşkilatdan çıxdığını elan edib.
Son xəbərlər
Son Xəbərlər