Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır

rusiyanin-daha-bir-seherine-ucuslar-baslayir
Oxunma sayı: 3516

“Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın daha bir şəhərinə – Mineralnıye Vodıya - aviabilet satışına başlayır.

AZAL-dan “Qafqazinfo”ya verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə xüsusi reyslər mayın 30-dan etibarən həftədə bir dəfə, bazar günləri yerinə yetiriləcək.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından əldə etmək mümkündür.

Hazırda “AZAL” Rusiyanın paytaxtı Moskva şəhərinə də xüsusi reyslər həyata keçirir.