“Qafqazinfo”nun məlumatına görə, sammit Bavariya Alplarındakı Elmau qəsrində keçirilir.
Almaniya kansleri Angela Merkelin dəvəti ilə sammitə ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland da gəlib. Rusiya dəvətlilər sırasında deyil.
Sammitdə Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın baş nazirləri də iştirak edir.
Almaniyadakı görüşdə Ukrayna hadisələri, Rusiyaya qarşı sanksiyaların hazırki və gələcək vəziyyəti, terrora qarşı mübarizə və digər məsələlər müzakirə olunur.
Son xəbərlər
Son Xəbərlər