Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya tərəfindən Ukraynanın bütün təmas xətti boyunca atəşkəs elan edilməsinə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə tviter hesabında məlumat verib.
“Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının Ukraynadan çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanunidir. İlhaqlar və onları müşayiət edən referendumlar isə saxta və ikiüzlüdür”, - deyə Şarl Mişel qeyd edib.
Son xəbərlər
Son Xəbərlər