Rusiyanın Əməkdar artisti Bakıya heyran qaldı - Fotolar

rusiyanin-emekdar-artisti-bakiya-heyran-qaldi
Oxunma sayı: 5829

“Oqni Moskvı” teatrının aktrisası, Rusiyanın Əməkdar artisti Olqa Kabo Bakıya qastrol səfəri edib.

“Qafqazinfo” xəbər verir ki, rol aldığı tamaşadan əvvəl paytaxtımızı qarış-qarış gəzən sənətçi bununla bağlı instaqram hesabında paylaşım edib.

O, Bakıya heyran qaldığını bildirib: “Şəhər mənə qonaqpərvərlik göstərdi və isti qəbul etdi. Küçələrdə insanlar gülümsəyir, mənimlə şəkil çəkdirir, xoş sözlər və komplimentlər deyirdi.

Tamaşadan əvvəl vaxtda gəzirdim və dadlı yerli mətbəxdən zövq alırdım. Bakı - kontrastlar şəhəri! Burada qədimlik və müasirlik, ənənələr və azadlıq, dəniz və dağlar, şərq və qərb həmahəng uzlaşır”.