Rusiya Federasiyasının Əməkdar artisti Lüdmila Maltseva dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.
Mərhum ömrünün 70-ci baharında həyatdan köçüb.
“Lüdmila Vasilyevna həmişəlik bizim üçün istedad, qadın gözəlliyi, cazibədarlıq, yaxşılıq nümunəsi kimi qalacaq”, - ittifaqın saytındakı məlumatda yazılıb.
Qeyd edək ki, L. Maltseva peşəkar karyerasına 1978-ci ildə başlayıb. Aktrisanın filmoqrafiyasına 20-ə yaxın film və serial daxildir.
Son xəbərlər
Son Xəbərlər