Rusiyanın ən böyük iqtisadi tədbiri koronavirusa görə ləğv edildi

rusiyanin-en-boyuk-iqtisadi-tedbiri-koronavirusa-gore-legv-edildi
Oxunma sayı: 1131

Rusiyanın ən böyük iqtisadi tədbiri olan Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun təşkilat komitəsi koronavirus səbəbiylə bu il tədbiri ləğv etmək qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Baş Nazirinin birinci müavini Andrey Belousov açıqlama verib: “Rusiya vətəndaşlarının, foruma gələcək qonaqların və iştirakçıların sağlamlığını qorumaq məqsədi ilə bu ilki tədbirin ləğv olunması qərara alınıb”.

Qeyd edək ki, ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin də qatıldığı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2020) 3-6 iyun tarixlərində keçirilməsi gözlənilirdi.