Rusiyanın ən iri aviaşirkətlərindən olan “S7”nin ortağı Nataliya Filevaya məxsus “Epic-LT” tipli özəl təyyarə Almaniyanın “ Frankfurt -na Mayne” hava limanında qəzaya düşüb.
“Qafqazinfo”nun “BBC”yə istinadən xəbərinə görə, hadisə nəticəsində şirkətin 55 yaşlı səhmdarı Fileva ilə atası, eləcə də iki pilot dünyasını dəyişib.
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qeyd olunur ki, ata ilə qızı Fransadan Almaniyaya müalicəyə gedirmiş.
Bu məqamda bildirək ki, N. Fileva Rusiyanın ə zəngin qadınlarından hesab olunur. “Forbes” onun sərvətini 600 milyon dollar dəyərində qiymətləndirir.
Son xəbərlər
Son Xəbərlər