Rusiyanın enerji sektorunu hədəf alan sanksiyalar gözlənilir

rusiyanin-enerji-sektorunu-hedef-alan-sanksiyalar-gozlenilir
Oxunma sayı: 2186

Ağ Evin mətbuat katibi Cen Psaki Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya iqtisadiyyatını hədəf aldıqları sanksiyalarla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Psaki ABŞ və Qərb ölkələrinin Rusiyanın enerji sektorunu hədəf alan sanksiyalar tətbiq edib-etməyəcəyi sualına belə cavab verib: 

“Biz buna çox açığıq. Bu mövzunu nəzərdən keçiririk. Bu variant masadadır, amma təsirlərini ölçüb-biçmək lazımdır. Biz bu sanksiyaların qlobal enerji bazarlarına və Amerika xalqının enerji ödənişlərinə təsirini minimuma endirmək istəyirik. Özümüzü yox, Rusiya Prezidenti Vladimir Putinlə rus iqtisadiyyatına ziyan vurmağa çalışırıq”.