Rusiyanın Ermənistandakı bazasında hərbi təlimlərə başlanılır

Rusiyanın Ermənistandakı bazasında hərbi təlimlərə başlanılır
Oxunma sayı: 2969

Rusiyanın Ermənistandakı 102-ci bazasında hərbi təlimlərə başlanılır.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu barədə Gümrü meriyası məlumat yayıb.

Bildirilib ki, hər həftənin cümə günü saat 16:00-dan 18:00-dək bazanın hərbi ərazilərində qoşunların döyüş hazırlığının saxlanılması məqsədilə hərbi təlimlər keçiriləcək.

“Vətəndaşlarımızı şəhərdə atəş səsləri eşidildikdə təşvişə düşməməyə çağırırıq”, - məlumatda deyilir.