Rusiyanın Ermənistandakı hərbi bazasında yanğın baş verdi

rusiyanin-ermenistandaki-herbi-bazasinda-yangin-bas-verdi
Oxunma sayı: 3252

Ermənistanın şimalında, Gümrüdə yerləşən Rusiya hərbi bazasında yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 102-ci Rusiya hərbi bazasının ərazisində tikinti materialları anbarı yanır.

Yanğının söndürülməsinə 4 yanğınsöndürmə və xilasetmə qrupları cəlb edilib.

Gümrüdə yerləşən Aleksandr Nevski ordeninin bazası S-300V zenit-raket kompleksləri, MiQ-29 qırıcıları, Mi-24P və Mi-8MT helikopterləri ilə təchiz olunub.

102-ci bazanın şəxsi heyətinin sayı təxminən 4 min nəfərdir.