Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasına məxsus Şirak rayonundakı Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölən şəxs yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çobandır.
Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb və həmin vaxt poliqonda heç bir təlim olmayıb:
“Mərmi əvvəlki təlimlərdən qalmış ola bilər. Həmçinin sel sularını boşaltmaq üçün xəndəklər qazılıb. Su mərmiləri götürüb başqa yerə ata bilər. Ola bilsin ki, çoban mərmini görüb ona yaxınlaşıb”.