Rusiyanın “Eurovision” təmsilçisi rəsmən açıqlandı

rusiyanin-eurovision-temsilcisi-resmen-aciqlandi
Oxunma sayı: 1102

35 yaşlı Sergey Lazarevin builki “Eurovision” mahnı müsabiqəsində Rusiyanı təmsil edəcəyi dəqiqləşib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qərar Rusiyanın “Eurovision” üzrə təşkilat komitəsindən açıqlanıb.

Bu, Lazarevin “Eurovision”da ikinci cəhdi olacaq. O, 2016-cı ildə də bu yarışmada ölkəsini təmsil edib və 3-cü yeri tutub.

Qeyd edək ki, müsabiqə 14-18 mayda İsrailin paytaxtı Tel-Əvivdə keçiriləcək.