Rusiyanın hərbi bazasına terror cəhdi olub

rusiyanin-herbi-bazasina-terror-cehdi-olub
Oxunma sayı: 1292

Suriyada militanlar Rusiyanın Hmeymim şəhərindəki aviabazasını yenidən atəşə tutmağa cəhd ediblər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri Viktor Kupçişin bildirib. Onun sözlərinə görə, zərbələr Kalyat Əl-Mudik və Bab Atik rayonlarında yerləşən qanunsuz silahlı qruplaşmalar tərəfindən endirilib.

Rusiya bütün zərbələrin qarşısını ala bilib, hərbçilər arasında xəsarət alan yoxdur.