Rusiyanın hərbi gəmiləri Bakıda - Fotolar

rusiyanin-herbi-gemileri-bakida
Oxunma sayı: 4652

Məlum olduğu kimi, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları keçiriləcək.

Yarış çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Heyətin Bakıda qarşılanmasını əks etdirən fotoşəkilləri təqdim edirik: