“Rusiyanın hərəkətlərinin nəticəsi olacaq” - Bayden

rusiyanin-hereketlerinin-neticesi-olacaq
Oxunma sayı: 2259

Birləşmiş Ştatlar Rusiya ilə gərginliyin artmasına can atmır, lakin Moskvanın hərəkətlərinin nəticəsi olacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden bildirib.

“Rusiyaya gəldikdə, mən Prezident [Vladimir] Putinə aydın şəkildə bildirdim ki, biz eskalasiya etməyə çalışmadığımıza baxmayaraq, onların hərəkətlərinin nəticəsi olacaq”, - dövlət başçısı deyib.

O əlavə edib ki, Moskva və Vaşinqton əməkdaşlıq edə bilərlər, nə vaxt ki, bu, hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verir.