Rusiyanın ilk Energetika naziri koronavirusdan öldü

rusiyanin-ilk-energetika-naziri-koronavirusdan-oldu
Oxunma sayı: 1474

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin koronavirusdan vəfat edib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə yazıçı Denis Draqunski öz feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, sabiq nazir 69 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, V. Lopuxin 1991-92-ci illərdə ilk hökumətin tərkibində Energetika naziri kimi fəaliyyət göstərib.