İsveç Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfiri Viktor Tatarintsevi quruma çağıraraq kəşfiyyat orqanları ilə əlaqəli bir rus diplomata görə etiraz edib.
“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən məlumatına görə, qurumun rəsmi nümayəndəsi Patrik Nilsson bildirib ki, 47 yaşlı diplomat Rusiyaya casusluq etdiyi şübhəsi ilə tutulan isveçli texniki məsləhətçi ilə görüşüb.
XİN həmin diplomatın könüllü olaraq ölkədən çıxarılmasını tələb edib.
Son xəbərlər
Son Xəbərlər