Rusiyanın itkilərinin yeni siyahısı açıqlandı

rusiyanin-itkilerinin-yeni-siyahisi-aciqlandi
Oxunma sayı: 3448

Rusiya Silahlı Qüvvələrinin 182 070 hərbçisi məhv edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bu rəqəm Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək qeydə alınıb.

Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 657 tank, 7 083 zirehli maşın, 2 339 operativ-taktiki PUA, 2 795 artilleriya sistemi, 284 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 658 avtomobil və tanker, 326 xüsusi texnikadan ibarətdir.