Rusiyanın Kiyevə hücumu nəticəsində 2 nəfər öldü

rusiyanin-kiyeve-hucumu-neticesinde-2-nefer-oldu
Oxunma sayı: 2277

Ukraynanın paytaxtı Kiyevdə Rusiya qüvvələrinin hücumu nəticəsində daha 2 nəfər ölüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri Svyatoşinskidə anbarların yerləşdiyi əraziyə hücum edib.

Bombardman nəticəsində ərazidə yanğın olub.