Rusiyanın Latviyadakı səfiri XİN-ə çağırıldı

Rusiyanın Latviyadakı səfiri XİN-ə çağırıldı
Oxunma sayı: 1163

Rusiyanın Riqadakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç tviter hesabında yazıb:

“Rusiya Federasiyasının Latviyadakı fövqəladə və səlahiyyətli səfiri saat 17:00-da Xarici İşlər Nazirliyinə çağırılıb”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Latviya ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair sazişi dayandırıb. Müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.

Qeyd olunur ki, bu qərar iki ölkə hökumətləri arasında 2010-cu il 20 dekabr tarixli sazişdən irəli gələn öhdəliklərin Latviya tərəfindən pozulması ilə əlaqədar verilib.

Avqustun 1-dən Latviya Rusiya ilə bir sıra sazişləri, o cümlədən iqtisadi əməkdaşlıq və sərhədyanı rayonların sakinləri üçün qarşılıqlı səfərlərin asanlaşdırılmasını dayandırıb.