Mayın 6-sı koronavirusa yoluxduğu məlum olan Rusiya Mədəniyyət naziri Olqa Lyubimova xəstəlikdən sağalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət nazirinin mətbuat katibi Anna Usaçeva açıqlama verib:
“O, xəstəxanadan evə buraxılıb. Olga Borisovna hazırda işdədir, özünü yaxşı hiss edir. Xoşbəxtlikdən xəstəlik yüngül formada keçdi. O, təxminən üç həftə evdən işləyərək nazirliyin bütün şöbələri ilə əlaqədə olub”.
Qeyd edək ki, O. Lyubimovadan daha əvvəl koronavirusa yoluxduğu məlum olan Rusiyanın Baş naziri Mixail Mişustinin yaxın zamanlarda işə geri qayıdacağı bildirilsə də onun sağalıb-sağalmadığı haqqında heç bir məlumat verilmir.
***
Bununla yanaşı Rusiyanın Elm və Təhsil Naziri Valeri Falkovun da koronavirusdan sağaldığı açıqlanıb. Bu barədə Prezident Vladimr Putin genetik texnologiyaların inkişaf etdirilməsinə dair keçirilən iclasda məlumat verib.

Son xəbərlər
Son Xəbərlər