Rusiyanın məşhur şousunun qalibi azərbaycanlı oldu - Fotolar + Video

rusiyanin-meshur-sousunun-qalibi-azerbaycanli-oldu
Oxunma sayı: 4112

Rusiyanın NTV kanalında yayımlanan məşhur “Maska” şousunun qalibi MDB-də populyar olan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) olub.

“Qafqazinfo” xəbər verir ki, populyar ulduzların yarışdığı şouda Cahid timsah obrazında səhnəyə çıxaraq şou göstərib.

Xalq artistləri Filipp Kirkorov və Valeriya Perfilova kimi ulduzların münsif olduğu yarışmada Jony qalib olub. İkinci yeri isə Azərbaycanın Xalq artisti, opera ifaçısı Yusif Eyvazov tutub.