Rusiyanın qırıcı təyyarəsi ABŞ PUA-sı ilə toqquşdu - Yenilənib

rusiyanin-qirici-teyyaresi-abs-pua-si-ile-toqqusdu
Oxunma sayı: 7464

Rusiyanın Su-27 qırıcı döyüş təyyarəsi Qara Dənizdə ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatı ilə toqquşub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, MQ-9 PUA-sı dənizə düşüb.

Məsələ ilə bağlı Pentaqon bildirib ki, Rusiya qırıcıları ABŞ-nin pilotsuz təyyarəsinə hücum edib.

Əlavə məlumat veriləcək.

***

Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib.

Bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib.

Nəticədə aparat qəzaya uğrayıb.