ABŞ-ın dövlət katibi Reks Tillerson etiraf edib ki, Suriyanın “Şayrat” hərbi bazasına endirilən zərbəyə Rusiyanın göstərdiyi reaksiya məyus olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Moskvanın mövqeyi göstərir ki, o, Suriyada prezident Bəşər Əsədin rejimini dəstəkləməkdə davam edir”,-deyə Dövlət Departamentinin rəhbəri bildirib.
Hava zərbələri endirilən Homs əyalətinin rəhbərinin sözlərinə görə, hücumlar nəticəsində 5 hərbçi və 2 mülki vətəndaş ölüb.
Son xəbərlər
Son Xəbərlər