Rusiyanın tanınmış aktrisası koronavirusa yoluxdu

rusiyanin-taninmis-aktrisasi-koronavirusa-yoluxdu
Oxunma sayı: 1534

Rusiyanın Əməkdar artisti Alyona Babenko koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktrisa İnstaqram səhifəsində yazıb. O bildirib ki, bu səbəbdən “Ulduzların rəqsi” şousunda iştirak edə bilməyəcək. “Mən təkcə öz sağlamlığım üçün deyil, dostlarımın və həmkarlarımın səhhəti üçün də məsuliyyət hiss etdim və özümü təcrid etdim”, - deyə Babenko bildirib.

Aktrisa hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.