Rusiyanın tanınmış müğənnisi Bakıda klip çəkdirdi

rusiyanin-taninmis-mugennisi-bakida-klip-cekdirdi
Oxunma sayı: 1814

Rusiyanın gürcü əsilli məşhur müğənnisi Vaxtanq Kalandadze Bakıda klip çəkdirib. “Qafqazinfo” xəbər verir ki, 30 yaşlı ifaçı 4 ay bundan əvvəl təqdim etdiyi “Обнадежь надеждой, нирвана” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. 

O, bunun üçün bir müddət əvvəl Azərbaycana gələrək layihənin çəkilişlərini Bakıda həyata keçirib. Paytaxın müxtəlif səmtlərində lentə alınan ekran işinin rejissoru Boris Milovanovdur. Klipdə Vaxtanqın uşaqlıq illəri, həyatda üzləşdiyi çətinliklər əks olunub. Onun uşaqlıq həyatını Səid Temurxanov canlandırıb.