Rusiyanın təbii qaz hasilatı azaldı, neft hasilatı artdı

Rusiyanın təbii qaz hasilatı azaldı, neft hasilatı artdı
Oxunma sayı: 1291

Bu ilin yanvar-avqust dövründə Rusiyada təbii qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalıb, neft hasilatı isə 3,1 faiz artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Statistika Təşkilatı (Rosstat) açıqlama yayıb.

Açıqlamaya görə, ölkənin təbii qaz hasilatı bu ilin ilk 8 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz azalaraq 389 milyard kubmetr olub.

Sözügedən dövrdə Rusiyanın mayeləşdirilmiş təbii qaz (LNG) hasilatı 13,5 faiz artaraq 21,6 milyon tona, neft hasilatı isə 3,1 faiz artaraq 354 milyon tona çatıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin keçən ay ölkəsinin sanksiyalara baxmayaraq neft və qaz gəlirlərini artırdığını bildirmişdi.