Rusiyanın üç qanadlı raket daşıyıcısı Ukraynaya zərbə endirməyə hazırlaşır

rusiyanin-uc-qanadli-raket-dasiyicisi-ukraynaya-zerbe-endirmeye-hazirlasir
Oxunma sayı: 1987

Qara dənizdə Rusiyanın üç “Kalibr” dəniz qanadlı raket daşıyıcısı Ukrayna ərazisinə zərbələr endirmək üçün raket silahlarından istifadə etməyə hazır vəziyyətdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində məlumat yayılıb. 

Qeyd olunur ki, Qara və Azov dənizlərində Rusiyanın Qara Dəniz Donanmasının gəmi qruplaşması sahil istiqamətində döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunmasını, kəşfiyyatın aparılmasını və atəş dəstəyinin təmin edilməsini davam etdirir.

Baş Qərargah istisna etməyib ki, ruslar Ukraynaya raket zərbələri endirmək üçün bu gəmi strukturunu cəlb edə bilər.