Rusiyanın Ukrayna ilə münasibətləri niyə pisləşib? - Putin açıqladı

rusiyanin-ukrayna-ile-munasibetleri-niye-pislesib
Oxunma sayı: 3329

“Rusiya və Ukrayna arasında münasibətlərin keyfiyyəti məhz Ukraynada baş verən dövlət çevrilişindən və hakimiyyətin qanunsuz olaraq ələ keçirilməsindən sonra pisləşib”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

Putinin sözlərinə görə, Rusiya keçmiş Sovet respublikalarının suverenliyini dəstəkləyir, lakin Ukrayna ilə bağlı vəziyyət istisnadır: “Rusiya 2022-ci ilin əvvəlində Qazaxıstanın suverenliyini qoruyub saxlamaq üçün bu ölkəyə dəstək göstərib. Gələcəkdə də bütün qonşu ölkələrimizlə münasibətlərdə bu cür hərəkət etmək niyyətindəyik. Ukrayna ilə vəziyyət fərqlidir və təəssüflər olsun ki, bu ölkənin ərazisi Rusiya Federasiyasına qarşı təhlükə yaradılması üçün üçüncü ölkələr tərəfindən istifadə olunur. Məsələ sadəcə bundadır”.