Rusiyanın Ukrayna taxılını oğurlamasının peyk görüntüləri yayıldı - Fotolar

rusiyanin-ukrayna-taxilini-ogurlamasinin-peyk-goruntuleri-yayildi
Oxunma sayı: 3806

Rusiya gəmilərinin Krımdan Ukrayna taxılını oğurladığını əks etdirən peyk görüntüləri yayılıb.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, taxıl Xerson vilayətindən və müvəqqəti olaraq nəzarət olunmayan digər ərazilərdən daşınıb. 

Görüntülərdə Krımın Sevastopol şəhərində taxıl anbarının yanında dayanan “Matros Poziniç” və “Matros Koşka” adlı iki Rusiya bayraqlı gəmi 19 və 21 may tarixli görüntülərdə taxılı yükdaşıyıcılara tökür.

“Matros Poziniç” Beyruta yollanıb, "Matros Koşka” isə hələ də Qafqaz limanının yaxınlığında yerləşir.

Rusiya yükdaşıyıcıları 30 min ton taxıl daşımaq qabiliyyətinə malikdir.