Rusiyanın Ukraynada daha bir generalı öldürüldü

rusiyanin-ukraynada-daha-bir-generali-olduruldu
Oxunma sayı: 5172

Çernobayevka aerodromunda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandiri, qvardiya general-leytenantı Andrey Mordviçev həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Aleksey Arestoviç təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya Cənub Hərbi Dairəsinin 8-ci Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsi komandirlə birlikdə məhv edilib.