“Rusiyanın Ukraynaya hücum ehtimalı hələ də qalır” - Bayden

rusiyanin-ukraynaya-hucum-ehtimali-hele-de-qalir
Oxunma sayı: 1724

“ABŞ Rusiyanın Ukraynaya hücum ehtimalının hələ də qaldığına inanır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Ukraynadakı vəziyyətlə bağlı videomüraciətində bildirib.

“Rusiya Ukraynaya hücum edərsə, biz sərt cavab verməyə hazırıq və bu, hələ də böyük ehtimal olaraq qalır”, - deyə Ağ Ev rəhbəri deyib.

O, ABŞ-ın vəziyyətin diplomatik yolla həllinə sadiq qaldığını da vurğulayıb.