“Rusiyanın Ukraynaya hücumu açıq aqressiyadır”

rusiyanin-ukraynaya-hucumu-aciq-aqressiyadir
Oxunma sayı: 1951

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını açıq aqressiya adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Rusiya Federasiyası bu gün Ukraynanın suverenliyini daha da pozdu. Beynəlxalq birliyin səylərinə baxmayaraq, Rusiya münaqişəni seçdi. Bu, Rusiyanın iradəsiz qonşusu olmaqdan fərqli niyyətlərini ifadə etməyə cəsarət edən demokratik ölkəyə qarşı açıq aqressiyadır. Heç kim bu günü unutmamalıdır”, - Uolles qeyd edib.