Rusiyanın Ukrayna ərazisində törətdiyi 1700-dən çox hərbi cinayət araşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venediktova feysbuk səhifəsində yazıb.
“Prokurorluq bizim ərazimizdə Rusiyanın hər bir hərbi cinayətini qeydə alır - hazırda 1717 cinayət işi araşdırılır”, - o qeyd edib.
Araşdırlan işlərdən 1059-u müharibə qanun və qaydalarının pozulması, 658-i isə digər cinayətlərə aiddir.
Venediktova həmçinin warcrimes.gov.ua ümummilli platformasında Rusiyanın hücumuna dair sübutların davamlı toplandığını xatırladıb. O, şahid və ya zərərçəkmiş şəxsləri foto və video sübutları paylaşmağa çağırıb.
Son xəbərlər
Son Xəbərlər