Rusiyanın Xalq artisti, “Russkaya pesnya” teatrının rəhbəri Nadejda Babkina sağalıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.
“Həkimlərimizin vaxtında yardımı, savadlı müalicəsi və yüksək peşəkarlığı sayəsində ağır xəstəlikdən sonra tam bərpa olundum. Mən bütün orta və kiçik tibb işçilərinə səmimiyyət, diqqət və istilik üçün təşəkkür etmək istəyirəm”, - artıq evdə olduğunu qeyd edən artist yazıb.
Babkina etiraf edib ki, biganə olmayan bütün insanların dəstəyi ona güc və tezliklə sağalmasına motivasiya verirdi. "Özünüzü və sağlamlığınızı qoruyun!", - o əlavə edib.
Daha əvvəl “Russkaya pesnya” teatrının mətbuat katibi Aleksandr Velor bildirmişdi ki, N.Babkina pnevmoniya diaqnozu ilə müalicə olunur, onda koronavirus tapılmayıb.
Xatırladaq ki, bir müddət əvvəl bir sıra Rusiya KİV-də Xalq artistinin koronavirusa yoluxması barədə xəbər verilirdi.

Son xəbərlər
Son Xəbərlər