Rusiyanın Xalq artisti öldü

rusiyanin-xalq-artisti-oldu
Oxunma sayı: 2182

Sovet və Rusiya teatr və kino aktyoru Xalq artisti Oleq Vavilov 73 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Satira Teatrı məlumat yayıb.

Bildirilib ki, O.Vavilovun ölüm səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, Oleq Vavilov 1950-ci il yanvarın 8-də anadan olub. Rusiyanın Xalq artisti 2004-cü ildən Satira Teatrında çalışıb. Vavilov həyatı boyu 50-dən çox film və serialda rol alıb. Aktyor “Кабачок 13 стульев” proqramı ilə daha çox populyarlıq qazanıb.