Rusiyanın Xalq artisti vəfat etdi

rusiyanin-xalq-artisti-vefat-etdi
Oxunma sayı: 2729

Rusiyanın Xalq artisti, aktyor və rejissor Mixail Kokşenov 83 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” Rusiya Kinematoqrafçılar İttifaqının Kino Aktyorları Gildiyasına istinadən xəbər verib.

“Bəli, biz onun keçmiş həyat yoldaşına zəng etdik, o təsdiqlədi (Mixail Kokşenovun vəfatını – “TASS”ın qeydi)”, - agentliyin həmsöhbəti deyib. Onun sözlərinə görə, artistin dəfni ilə bağlı məlumat hələ yoxdur.

Qeyd edək ki, M.Kokşenov 1936-cı il sentyabrın 16-da Moskvada anadan olub. İlk dəfə kinoda 1957-ci ildə “Hündürlük” filmində debüt edib. Ümumilikdə 130-dan çox rol oynayıb, onlardan ən məşhurları – “Jenya, Jenyeçka və “Katyuşa”da Zaxar Kosoy, “Dauriya”da Fedot Muratov, “Sportloto -82”də Stepan, “Ən cazibədar və cəlbedici”də Lyoşa Pryaxindir. O, həmçinin rejissor kimi də çalışıb.