Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” anası tərəfindən döyülüb evdən qovuldu - Fotolar

Rusiyanın Xalq artistinin “azərbaycanlı oğlu” anası tərəfindən döyülüb evdən qovuldu
Oxunma sayı: 5589

“Komsomolskaya pravda” nəşri özünü Rusiyanın Xalq artisti Nikolay Tsiskaridzenin nikahdankənar oğlu adlandıran 19 yaşlı azərbaycanlı Timur Əkbərovun dəhşətli gecə yaşadığı haqda xəbər verib.

“Qafqazinfo”nun məlumatına görə, Moskva Humanitar Universitetinin Aktyorluq fakültəsinin tələbəsi olan Timur küçədə qalıb. Məlum olub ki, səmimi etirafdan sonra cavan oğlan ona yaxın olan insanlar tərəfindən basqı ilə üzləşib və anası tərəfindən döyülərək evdən qovulub.

“Komsomolskaya pravda” qeyd edir ki, T. Əkbərov indi nə edəcəyini, harada və necə yaşayacağını bilmir. Belə ki, o işləmir, şənbə günləri isə ödənişli teatr kurslarına gedir.

Öz növbəsində, “NeMalaxov” Teleqram kanalı sözügedən qalmaqallı məsələ ilə bağlı bu məlumatı dərc edib:

“Azərbaycanlı ana əsəb içində Nikolay Tsiskaridzenin nikahdankənar oğlunu döyüb və varisi evdən qovub. Bütün dram ondan ibarətdir ki, qadın cavan oğlanın dəfələrlə Andrey Malaxovun aparıcılığı dövründə “Pust qovoryat” verilişinin iştirakçısı olduğunu öyrənib. Hətta şayiələr gəzirdi ki, Timuru şoumenlə intim münasibətlər bağlayır, üstəlik, bunu Timur özü təsdiqləyib. Ananın ürəyi qırılıb, eyni zamanda, onun varlı sevgilisi – Bakıdakı bazarın direktoru Tsiskaridze ilə görüşmək üçün Peterburqa uçub”.

Andrey Malaxov və Timur Əkbərov

T. Əkbərov “KP”ya müsahibəsində “NeMalaxov” kanalının məlumatını təsdiqləyib. Oğlan bildirib ki, onun anasının Azərbaycanın paytaxtında yerləşən bazarın sahibi ilə sevgi romanı olub: “Anamın sevgilisi mənim atamla görüşmək üçün Peterburqa yola düşüb”.

Tsiskaridzeyə gəlincə isə, o, lakonik “yox” cavabı verərək bu mövzuda danışmaqdan imtina edir.

Nikolay Tsiskaridze və Timur Əkbərov


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi