Rusiyanın yeni Baş Prokuroru məlum oldu

Rusiyanın yeni Baş Prokuroru məlum oldu
Oxunma sayı: 2602

Rusiya Federasiya Şurası İqor Krasnovu ölkənin Baş Prokuroru olaraq təsdiqləyib.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, senatorlar 44 yaşlı Krasnovun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi and içib.

Qeyd edək ki, İqor Krasnov bu təyinatına qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub. Onun Baş Prokuror vəzifəsinə namizədliyini Prezident Vladimir Putin irəli sürüb.

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib. Putin ona Şimali Qafqaz Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi