Rusiyaya 5 ən yaxın dost ölkə- - Azərbaycan o sırada yoxdur

rusiyaya-5-en-yaxin-dost-olke-
Oxunma sayı: 4151


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, "Levada-Sentr"-in mayın 22-25-də Rusiyanın 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirdiyi sorğu bu nəticəni üzə çıxarıb.

Nəticələrə görə, respondentlərin 73%-i ABŞ, 59%-i isə AB və Ukrayna haqda pis fikirdədirlər. "Anti-reytinq"də sonrakı yerləri Baltikyanı ölkələr və Polşa tutur.

Rəyi soruşulanların 39%-i Almaniya ilə münasibətləri normal saydıqlarını bildirib, 33% isə hesab edir ki, əlaqələrdə sərinlik var.

Ən yaxın dost ölkələr kimi Belarus (55%), Çin (43%), Qazaxıstan (41%), Hindistan (18%) və Ermənistan (18%) hesab edilib. 

Göründüyü kimi, Azərbaycan Rusiyaya dost ölkələrin birinci 5-də yer almayıb.