“Sərhəddə 45 kiloqramlıq gilası müsadirə edilən sahibkar məhsulun Rusiyaya ixrac olunması ilə bağlı bizə müraciət etməyib”.
“Qafqazinfo”nun Ans press-ə istinadən məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya bildirib.
Onun sözlərinə görə, azərbaycanlı 45 kiloqramlıq gilas məhsulunu əl yükü kimi qanunsuz olaraq qonşu ölkəyə keçirmək istəyib. "Ümumiyyətlə isə Rusiya və digər ölkələrə məhsul ixrac edən sahibkarlar əvvəlcə Dövlət Xidmətinin müvafiq Rayonlararası Bitki-Karantin Məntəqələrinə müraciət etməli, yük müvafiq prosedurlardan keçdikdən sonra imtina üçün əsas olmadıqda yükə fitosanitar sertifikat verilir".
Qurumdan verilən məlumat görə, bu ilin əvvəlində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı ilə bağlı yaranan problemlər artıq aradan qaldırılıb və azərbaycanlı sahibkarlar rahat şəkildə Rusiya ilə idxal-ixrac əməliyyatı həyata keçirə bilirlər.
Son xəbərlər
Son Xəbərlər