Rusiyaya gül keçirmək istəyən həmyerlimiz- - Saxlanıldı

rusiyaya-gul-kecirmek-isteyen-hemyerlimiz-
Oxunma sayı: 1379


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə vilayət gömrüyünün mətbuat katibi Oksana İvanova məlumat verib.

Onun sözlərinə görə, martın 6-da gecə Mamonovo buraxılış məntəqəsinə Azərbaycandan olan sürücünün idarə etdiyi “Ford” markalı avtomobil gəlib.

“Müfəttişlər avtomobilə baxış zamanı fitosanitar icazə sənədi olmayan müxtəlif rəngli 15,5 min təzə dərilmiş zanbaq aşkar ediblər”, - deyə İvanova bildirib.

Yükün ümumi çəkisi 695,75 kq. təşkil edib. Faktla bağlı inzibati hüquq pozuntusu barədə cinayət işi qaldırılıb. Bütün güllər yenidən Polşa ərazisinə geri qaytarılıb.