Rusiyaya məxsus helikopter qəzaya uğradı - Ölənlər var

rusiyaya-mexsus-helikopter-qezaya-ugradi
Oxunma sayı: 1060

Suriyada Rusiyaya məxsus “Ka-52” tipli hərbi helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Suriyanın şimalından baş verən qəza nəticəsində 2 pilot ölüb.

Qəzanın səbəbi araşdırılır.