“Xocalıda qətlə yetirilən uşaqların ruhu o zaman sakitlik tapar, bizi o zaman bağışlayarlar ki, Xocalı sakinləri öz evlərinə qayıtsınlar, orada məskunlaşsınlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında deyib.
O, təəssüflənib ki, bu günədək Xocalı soyqırımını törədən şəxsləri cinayət məsuliyyətinə cəlb edə bilməmişik: “Biz Rusiyaya müraciət etməliyik ki, hazırda sülhməramlıların müvəqqəti nəzarətində olan Xocalının erməniləşdirilməsinin qarşısını alsın”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər