“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, Avstraliyanın xarici işlər naziri Julie Bişop sentyabr ayında elan etdiyi sanksiyaların tətbiqinə başlanıldığını bildirib.
O, sanksiyaların ABŞ və Avropa İttifaqı ölkələrinin sanksiyalarına bənzədiyini qeyd edib. Sanksiyalar əsasən neft, silah alveri, maliyyə, valyuta və digər məsələlərə aid ediləcək.
Qeyd edək ki, sözügedən ölkələr Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dəstəklədiyini iddia edir, rəsmi Moskva isə bu iddiaları rədd edir.
Son xəbərlər
Son Xəbərlər