Rusiyaya qarşı sanksiya ləğv edilməyəcək

rusiyaya-qarsi-sanksiya-legv-edilmeyecek
Oxunma sayı: 682

ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya tətbiq edilən sanksiyaların ləğv edilməyəcəyini deyib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Amerika rəsmisi bildirib ki, Ukraynaya dair  Minsk sazişi yerinə yetirilməsə, Rusiya üzərindəki sanksiyalar götürülməyəcək. O, “Biz həmişə Minsk sazişlərinin icrasının vacib olduğunu deyirik. Bu, olmasa Ukrayna ilə bağlı tətbiq edilmiş sanksiyalarda heç bir dəyişiklik olmayacaq”, - deyib.

Aysel Kərimova