Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağı planlaşdırır.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Finlandiyanın baş naziri Yuxa Sipilya ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Mövzu ilə bağlı danışan Tusk “Aİ-nin mövqeyi bəllidir, sanksiyalar Rusiyanın Minsk razılaşmalarına əməl etməsi ilə uzlaşdırılmalıdır. Sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar Avropa Şurasının iclasınadək qəbul edilə bilər”, - deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər