Rusiyaya qarşı sanksiyalar hansı halda ləğv ediləcək? - Açıqlama

rusiyaya-qarsi-sanksiyalar-hansi-halda-legv-edilecek
Oxunma sayı: 2137

“Ukraynada hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyaya qarşı sanksiyalar dərhal ləğv edilməyəcək”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

O qeyd edib ki, Rusiyaya olan sanksiyaların ləğvi üçün Ukraynada vəziyyət normallaşdırılmalıdır.

Qeyd edək ki, Olaf Şolts may ayında Rusiyaya qarşı sanksiyaların yalnız Ukraynanın razılığı ilə ləğv edilə biləcəyini bildirib.